Ötən gün “Hoqqa” filminin qəhrəmanlarının imza günü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, imza günündə Dilarə Əliyeva, Elməddin Cəfərov iştirak edib.
Onlar pərəstişkarları ilə görüşüblər, onlarla birgə foto çəkdiriblər.
Ən çox baxılan filmlər siyahısına düşən “Hoqqa”nın əsas qəhrəmanı D. Əliyeva təəssüratlarını bölüşüb:
“Çox sevinirəm ki,filmimizi bəyəniblər. Bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Siz sağ olun ki, bizə dəstək oldunuz. Təqdimat günü səslə bağlı kiçik bir problem olmuşdu. Artıq problem aradan qaldırılıb. Tamaşaçılar rahat şəkildə filmi izləyə bilərlər”.
Görüşün ardından film aktyorları sevərləri ilə birgə “Hoqqa”ya baxıblar.
Xatırladaq ki, film 1 həftə ərzində ən çox baxılanlar siyahısına daxil olaraq 3-cü sırada qərarlaşıb.










Son xəbərlər
Son Xəbərlər