Horadizdə “Alov festivalı”

horadizde-alov-festivali-
Oxunma sayı: 757


“Qafqazinfo” xəbər verir ki, rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov rəmzi qapıda məşəli qəbul edib. Sonra məşəl yürüşü başlanıb. Sonuncu yürüşçü Rövşən Ələsgərov səhnəyə qalxaraq, Birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Qəhrəmanlar Parkında keçirilən festival xalq bayramına çevrilib. Mərasimdə aprelin 26-da Birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.