"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirilib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Əfqanıstan müharibəsində 7500 azərbaycanlı iştirak edib, onların 208-i müharibədə həlak olub, 7 nəfəri isə itkin düşüb. Hazırda Azərbaycanda 5 minə yaxın Əfqanıstan müharibəsi veteranının yaşadığını qeyd edib.
Alı Alıyev Füzuli rayonundan isə Əfqanıstan müharibəsində 103 nəfərin iştirak etdiyini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər