Horadizdə “Gənclər prospekti” açıldı- - Fotolar

horadizde-gencler-prospekti-acildi-
Oxunma sayı: 1166


Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışıb.

Alı Alıyev bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr əslində yenidən qurulmuşdur. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtüyü salınmış, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.

Alı Alıyev qeyd edib ki, ümumi uzunluğu 1,5 km olan “Gənclər prospekti”nin inşasına 2014-cü ildə başlanmış, prosbektə asfalt örtüyü salınmış, avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işıqfor quraşdırılmış, qızılgül kolları, xaricdən gətirilmiş həmişəyaşıl ağaclar əkilib.

Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.