Horadizdə hesabat iclası

horadizde-hesabat-iclasi
Oxunma sayı: 1057


“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ötən il rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il Horadiz şəhərində Bayraq Meydanı, Qəhrəmanlar Parkı, tikiş sexi, boulinq zalı, Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə abidə kompleksi, Qəhrəmanlar Parkı, Heydər Əliyev Fondunun vasiti hesabına uşaq bağçası, Tarix Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyətinin inzibati binası tikilmiş, ölkə prezidenti İlham Əliyev 28 avqust 2014-cü ildə rayona səfəri zamanı həmin obyektlərin açılışında iştirak edərək görülən işləri yüksək qiymətləndirib.

Alı Alıyev qeyd edib ki, 2014-cü ildə Heydər Əliyev parkı genişləndirilımiş, Gənclər prospekti salınıb. Beş küçə müasir dizaynla yenidən inşa edilmiş, rayon ərazisində 80 mindən artıq müxtəlif ağac və gül kolları əkilib.

Hesabat  iclasında uğurlarla yanaşı problemlər də qeyd edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bildirilib ki, 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.