Horadizdə işğal dövrü dağıdılmış daha bir küçənin açılışı oldu

horadizde-isgal-dovru-dagidilmis-daha-bir-kucenin-acilisi-oldu
Oxunma sayı: 1087


"Qafqazinfo" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev çıxış etmiş, rayonda görülən tikinti quruculuq işlərindən danışıb.

Bildirmişdir ki, uzunluğu 2 km olan küçə müasir dizayna uyğun bəzədilmiş, geniş abadlıq-quruculuq işləri aparılmış, elektrik kabelləri yeraltı sistemlə çəkilmiş, müasir elektrik dirəkləri quraşdırılmış, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib.

Bir qrup şəhər sakini danışmış, diqqət və qayğısına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Qeyd olunub ki, hazırda şəhərin başqa küçələrində təmir və bərpa işləri aparılır.

Tədbirdə 200-250 nəfər iştirak edib.