Horadizdə küçə istifadəyə verildi

horadizde-kuce-istifadeye-verildi
Oxunma sayı: 939


“Qafqazinfo” ya daxil olan məlumata görə bu sözləri Füzuli rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev “Məhəmməd Əmin Rəsulzadə” adlı küçəsinin açılışında bildirib. 

İcra başçısı qeyd edib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 5 küçədə abadlıq-quruculuq işləri görülmüş, əslində həmin küçələr yenidən qurulub. Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınmış, küçələr müasir dizayna uyğun bəzədilmiş, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, elektrik dirəkləri quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtük çəkilişi sürətlə aparılır. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır.

Hazırda Horadizdə 4 kilometrlik yeni Gənclər prospekti tikilməkdədir.