Horadizdə yeni küçə açılıb

horadizde-yeni-kuce-acilib
Oxunma sayı: 723


“Qafqazinfo” ya daxil olan məlumata görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev bildirib  ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, küçələr yenidən qurulub. Ümumi  uzunluğu 15 kilometrdən artıq olan həmin küçələr yenidən salınmış, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca həmişəyaşıl ağaclar əkilib.