“Qafqazinfo” xəbər verir ki, bu barədə anspress-ə Silahlı Qüvvələrin Baş Klinik Hospitalından məlumat verilib. Bildirilib ki, onların səhhətində yaxşılaşma müşahidə olunur:
“Hazırda onlar müalicə olunurlar. Həyatları ilə bağlı heç bir təhlükəli vəziyyət baş verməyib. Hospitala cəbhə bölgəsindən yeni yaralı əsgər gətilməyib. Xəstələr həkimlərin nəzarəti altındadır”.
Qeyd edək ki, ötən gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov yaralıların vəziyyəti ilə bağlı açıqlama verib. O, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunduğunu bildirib.