“Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar hazırda hospitalda olan yaralıların həyatına təhlükə yoxdur”.
“Qafqazinfo”nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov deyib.
O qeyd edib ki, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar: “Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır”.
Son xəbərlər
Son Xəbərlər