Hospitallarda müalicə olunan qazilərin sayı açıqlandı

hospitallarda-mualice-olunan-qazilerin-sayi-aciqlandi
Oxunma sayı: 2354

Hazırda Vətən müharibəsində yaralanan hərbçilərimizdən 59-nun müalicəsi hospitallarda davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

O bildirib ki, yaralı qazilər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar.