Hövsan “banda”sı tutuldu

hovsan-bandasi-tutuldu
Oxunma sayı: 1286

Mayın 31-i saat 23:50 radələrində Lökbatan qəsəbə sakini Rövşən Səfərov Qulu Abbasova döş qəfəsindən bıçaqla xəsarət yetirdiyinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 31-i saat 18 radələrində Fətəlixan Xoyski küçəsi 118-in qarşısında Bakı şəhər sakini Ceyhun Abdullayev Ülvi Məmmədova qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 20-də Biləcəri qəsəbəsində Naxçıvan şəhər sakini əvvələr məhkum olunmuş Müzəffər Məmmədov Bakı şəhər sakini Əsgər Rzayevə bıçaqla hədə-qorxu gələrək 200 manat pulunu aldığına görə mayın 31-də Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 31-i saat 10:30 radələrində H.Əliyev prospekti Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini Qasım Bayramov idarə etdiyi «Mitsubisi» markalı avtomobillə Xalıq Ələkbərovu vurmuş, sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölmüşdür.

Xəzər RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Rafiq Tapdıqovdan 600 qramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

Səbail RPİ NMB və 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Zeynalovdan 1 kiloqram yarım narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Elşən Müzəffərov, Anar Babayev, Əmrah Əhədov və Gülnarə Qasımova mayın 31-də yaxalanmışlar. Müəyyən olunmuşdur ki, onlar may ayında müxtəlif vaxtlarda Hövsan qəsəbəsində Mikayıl Bayramova, İntiqam Osmanova, İlham Fəttayevə və Qulu Quliyevə məxsus mağazalardan sürət çıxarma aparatı, ərzaq malları, danışıq kartları və pul oğurlamışlar.