Hövsan cəbhəçiləri Razi Nurullayevin tərəfinə keçdi -

hovsan-cebhecileri-razi-nurullayevin-terefine-kecdi-
Oxunma sayı: 877


Təşkilat Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün AXCP Suraxanı Rayon təşkilatı “Hövsan-2” dayaq dəstəsinin daha 6 nəfər üzvü  Əli Kərimlinin sədri olduğu təşkilati strukturlardan istefa verərək R.Nurullayevin başçılıq etdiyi AXCP-yə keçdiklərini bildiriblər. Tahir Hüseynov, Nurlan Rəsulov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev və Ramiq Şirinov yaydıqları birgə bəyanatda AXCP daxilində yaranmış siyasi mühitə etiraz etdiklərini bildiriblər: “Son illərdə AXCP daxilində baş verən hərc-mərclik, demokratik mühitin pozulması,  gənclərə qarşı repressiya xarakterli rejimin mövcudluğuna yox deyirik və bundan sonra Razi Nurullayevin rəhbərlik etdiyi AXCP  sıralarında fəaliyyətimizi davam etdirəcəyik”-bəyanatda belə qeyd edilir.

“Qafqazinfo”