“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Rumıniya Respublikasında səfərdə olub.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası və Rumıniya Respublikasının “Konstansa Beynəlxalq Dəniz Limanı” Biznes Assosiasıyanin birgə təşkil etdiyi “Xəzər və Qara dəniz hövzəsi ölkələrindən Rumınıyaya-Avropaya Yük daşımaların təşkili” mövzusunda Forum-Sərgi 2 iyul 2024-cü ildə öz işinə başlayıb.
Tədbirdə Hövsan limanının baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, həmçinin Xəzər-Qara dəniz hövzəsinin, eyni zamanda Avropa ölkələrinin Dənizçilik şirkətləri və Liman fəaliyyəti göstərən qurumların nümayəndələri iştirak edib.
Forumda istirak edən nümayəndə heyyəti Konstansa limanının infrastrukturu ilə tanış olundu.
Forum vaxtı Hövsan limanın baş direktoru tədbirdə iştirak edən liman və şirkətlərin rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq üçün görüşlər keçirtdi, görüşlər zamanı Hovsan limanının fəaliyyəti və infrastrukturu haqqında məlumatlar verilib.
Müxtəlif liman, şirkətlərin infrastrukturu və texnikalarının sərgisi keçirilən tədbir iyulun 4-də işini yekunlaşdırıb.


Son xəbərlər
Son Xəbərlər