Hövsan Limanının rəhbərliyi Gürcüstanda Batumi Limanını ziyarət edib

hovsan-limaninin-rehberliyi-gurcustanda-batumi-limanini-ziyaret-edib
Oxunma sayı: 3720

Gürcüstan Respublikası “Batumi Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Ulan Tleuqalinin dəvəti ilə 15-16 may 2024-cü ildə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, Gürcüstan Respublikasının Batumi şəhərlərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər vaxtı Hövsan limanın baş direktoru və Batumi limanın rəhbərliyi ilə geniş tərkibdə görüş keçirilmişdir. Batumi limanın infrastrukturu və iş fəaliyyəti haqqında tanış olmuşlar. Liman ərazisində və akvatoriyasındakı texniki vasitələr, həmçinin hidro-texniki qurğular göstərilmişdir.

Görüş vaxtı iki liman arasında əməkdaşlıq əlaqələrinin inkişafı, Xəzər-Qara dəniz hövzəsindən Avropa ölkələrinə və əksinə Yük dövriyyəsi həcminin artırılması məqsədi ilə yükdaşımanın təşkil edilməsi müzakirə edilib.