Hövsan limanının rəhbərliyi Qazaxıstanda işgüzar səfərdə olub - Fotolar

hovsan-limaninin-rehberliyi-qazaxistanda-isguzar-seferde-olub
Oxunma sayı: 2229

Dünyada siyasi və içtimai vəziyyət baxımından Azərbaycan çox sabit ölkədir. Dövlətimizin İqtisadi potensialının möhkəmləndirilməsidə uğurları göz qabağındadır.

“Qafqazinfo” xəbər verir ki, iri beynəlxalq layihələrdə iştirakı, İpək Yolunun bərpası, TRASEKA Nəqliyyat dəhlizinin reallaşması və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” BA-nın yaradılması, həmçinin “Şimal-Cənub” Nəqliyyat yolunun inkişafındakı rolu əvəzsizdir. 

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış işlərin məntiqi davamıdır.

Azərbaycanda qeyd olunan istiqamətlərdə yüklərin daşınmasında Dəniz Ticarət limanların rolu əhəmiyyətli dərəcədə yüksəkdir.

Bu tapşırıqların yerinə yetirilməsi “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC rəhbərliyinin əsas prioritet vəzifəsidir.

Qazaxıstanın Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 19-20 iyul 2024-cü ildə Qazaxıstan Respublikasının Aktau şəhərində I Transnəqliyyat ticarət-ixrac “Şimal-Cənub” forumu keçirilib.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov tədbirdə iştirak edib.

Tədbirdə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, Belorusiya, Suriya Respublikaları, İran İR, Rusiya Federasiyasının və digər dövlətlərin Nəqliyyat Nazirliyinin rəhbərləri, həmçinin 18 ölkədən 150 Dəniz liman və Logistika şirkətlərinin 400 nəfərə yaxın nümayəndəsi iştirak edib.

Forumda “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktorunun rəhbərliyi altında limanın nümayəndə heyəti aşağıdakı kimi olub:

1) Qazaxstan Respublikasının: Nəqliyyat Naziri Marat Karabayevlə,

2) Xəzəryanı ölkələrin Dəniz limanlarının rəhbərləri ilə,

 3) Qazaxstanın KazAzot, KazFosfat və digər şirkətlərinin rəhbərləri ilə,

4) Rusiya Federasiyasi, İran İR və başqa ölkələrin nümayəndələri ilə işgüzar görüşlər keçirilmişdir.