Hövsan yolu yenə qaranlığa qərq oldu - Video

hovsan-yolu-yene-qaranliga-qerq-oldu
Oxunma sayı: 2088

Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda yenidən işıqlandırma problemi yaranıb.

“Qafqazinfo” xəbər verir ki, dəfələrlə işıqlandırmanın olmaması səbəbindən ağır qəzaların baş verdiyi yolda (Zığ-Hövsan istiqaməti) quraşdırılmış işıqlandırma yenidən söndürülüb.

Həmçinin oxuyun: Начата проверка в отношении учительницы, получившей в подарок золотые украшения - Видео 

Belə ki, bir müddət öncə ərazinin qaranlıq olması səbəbindən baş verən ardıcıl qəzalardan sonra yol işıqlandırılsa da, yenə bənzər situasiya yaranıb. 

Xatırladaq ki, mayın 29-da sözügedən ərazidə yolu keçmək istəyən üç nəfəri maşın vurub öldürmüşdü. Bundan sonra yolda işıqlandırma bərpa edilmişdi.

Bu ilin yanvar ayında da mövcud problemlə bağlı saytımızda yazı dərc edilmişdi.

Ötən gecə ​Oxu.az tərəfindən lentə alınan görüntülərdə yolun yenə qaranlığa qərq olunduğu görünür: