“Azəravtoyol” ASC tərəfindən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, sözügedən avtomobil yolu sovetlər dönəmində inşa edildiyi üçün hazırki hərəkət intensivliyinə, norma və standartlara cavab verməyirdi. Piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yenidən qurulmasına başlanılıb.
İlkin mərhələdə 24,5 km. uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 km. hissəsinin, ikinci mərhələdə isə yerdə qalan 17,7 km. hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km. yolun 1,1 km-i Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.
Hazırda yolun birinci mərhələsi üzrə nəzərdə tutulmuş hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında mühəndisi kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri və suötürücü keçidlərin inşası işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər