Hövsan yolunda daha bir piyada ölümü - Video

Hövsan yolunda daha bir piyada ölümü
Oxunma sayı: 2341

Bakıda Zığ-Hövsan yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, təxminən 60-70 yaşlarında olan kişi taksi xidməti göstərən avtomobil tərəfindən vurulub.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib.

Qeyd edək ki, Zığ-Hövsan yolunda piyada keçidlərinin tikintisinin və yol salınmasının yarımçıq saxlanılması, işıqlandırmanın olmaması tez-tez analoji hadisələrin baş verməsinə səbəb olur. Artıq 2 ildir ki, tikinti işləri yarımçıq saxlanıb və sakinlər keçiddən istifadə edə bilmirlər.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi