Hövsanda ev yandı, ölən var

hovsanda-ev-yandi-olen-var
Oxunma sayı: 2660

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub. 

FHN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Əlavə məlumat veriləcək.