Hövsanda bir həftəyə yaxındır ki, su verilmir.
Bu barədə “Qafqazinfo”ya məlumatı qəsəbə sakinləri verib. Bildirilib ki, vətəndaşlar içməli suyun verilməməsindən əziyyət çəkir.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya bildirib ki, artıq problem aradan qaldırılıb: “Bir neçə gün öncə “Mənzil İnşaatı Dövlət Agentliyi”nin (MİDA) yaxınlığında su xəttində qəza baş vermişdi. Dünən problem aradan qaldırılıb. Suyun verilməsində məhdudiyyət olsa da, bu müddət bir həftə olmayıb”.
Son xəbərlər
Son Xəbərlər