Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində bir qrup şəxs arasında insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, bir qrup şəxs əvvəlcədən tanıdıqları vətəndaşın ardınca Hövsan qəsəbəsindəki MİDA yaşayış kompleksinə gəliblər. Onlar həmin vətəndaşı zorla avtomobilə mindirib aparmaq istəyiblər.
Bu zaman qaçan zərərçəkmiş mağazaya daxil olaraq içki şüşəsi götürüb və özünü müdafiə etməyə çalışıb. Səs-küyə digər vətəndaşlar da gəliblər.
Xəbəri rus dilində oxuyun: ЧП в Говсане: группа лиц пыталась насильно увезти мужчину - ФОТО
Hadisənin hansı səbəbdən baş verməsi, tərəflər arasındakı münasibətin nədən ibarət olması barədə məlumat verilməyib.
***
Əldə etdiyimiz məlumata görə, görüntülərdə əks olunan insident tərəflər arasında yaranmış pul mübahisəsi zəminində baş verib. Hadisə iştirakçılarının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
***
İnsidentlə əlaqədar polisin keçirdiyi tədbirlərlə müraciətdə adı keçən 3 nəfər müəyyən edilərək saxlanılıb və izahatları alınıb. İlkin araşdırmalarla tərəflər arasında sosial şəbəkədə yayılan paylaşımla bağlı mübahisənin yarandığı müəyyən edilib. Saxlanılan şəxslər müraciətdə qeyd olunan fiziki zorakılıq və məcburi avtomobilə əyləşdirmə iddialarını təkzib ediblər. Fakt üzrə ərazi üzrə polis şöbəsində araşdırma davam etdirilir.


Son xəbərlər
Son Xəbərlər