Hövsanın bir hissəsi susuz qalıb

hovsanin-bir-hissesi-susuz-qalib
Oxunma sayı: 1371

Hövsan qəsəbəsinin bir hissəsində içməli su problemi yaranıb.

“Azərsu” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, qaz xəttinin çəkilişi zamanı Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xətti zədələnib. Bu səbəbdən Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

Hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.