Hovuza düşən 5 yaşlı uşaq xəstəxanada öldü

hovuza-dusen-5-yasli-usaq-xestexanada-oldu
Oxunma sayı: 4185

Samuxda azyaşlı uşaq ehtiyatsızlıq nəticəsində hovuza düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli