Hovuzda saxlanıldılar

hovuzda-saxlanildilar
Oxunma sayı: 2958

Zaqatalada bir qrup şəxs bir yerə toplaşaraq hovuzda istirahət edib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, həmin şəxslər polisə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Qaydaları pozanlar etdikləri əməldən peşman olduqlarını etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.