“Hәr şeyi düzgün etsәk dә, uğur bizimlә deyil” - Qriqorçuk

hr-seyi-duzgun-etsk-d-ugur-biziml-deyil-
Oxunma sayı: 1228

Topaz Premyer Liqasının XVIII turunda baş tutan “Zirə”-“Qəbələ” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:

- Oyunu necə şərh edə bilərsiniz? Hər şey gözlədiyiniz kimi oldu?

- Futbolçularımdan razıyam, meydançada yaxşı işlər gördülər. Oyunun əvvəlində uyğunlaşmaq baxımından çətinlik çəkdik. Uşaqlara demişəm ki, başlarını aşağı salmasınlar və növbəti oyunlara köklənsinlər.

- Qələbənin əldən getməsində psixoloi durumun nə qədər rolu oldu?

- Pis oyun oynayıb, nəticə əldə etməmişik. Buna görə də başımızı dik tutmalıyıq. Xal itirməyimizə pis olsaq da, o qədər də üzücü gün deyil. Çünki bizim qarşıda oyunlarmız var.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Komandanın əsas müdadfiəçiləri xidmətinizdə olmayacaq. Bu, sizin üçün çətin olmayacaq?

- Hazırda vəziyyət belədir. Hər şeyi düzgün etsək də, uğur bizimlə deyil. 3 mərkəz müdafiəçimiz bizə kömək edə bilməyəcək, amma buna heç nə edə bilmərik. Əgər belədisə, belə də davam etməliyik.