HUAWEI MatePad SE 11" - İş və yaradıcılıq üçün etibarlı yoldaş

huawei-matepad-se-11
Oxunma sayı: 2010

Huawei şirkəti MatePad markalı seriyasının ən əlverişli qiymətə olan planşetlərindən birinin yenilənmiş versiyasını — 11 düymlük SE modelini təqdim etdi.

Bu planşet özündə rahatlığı və çox-yönlülüyü birləşdirir. İstifadəçilərə film və seriallardan zövq almaqla yanaşı, həm də yaradıcılıq, rəsm və müasir oyunlar oynamaq üçün imkan yaradır. HUAWEI MatePad SE 11", özündə məhsuldarlığı, tələblərə uyğunluğu və zərif dizaynı gündəlik həyatda əvəzolunmaz yoldaşa çevrilən bir cihazdır.

Dizayn və ekran

MatePad SE 11" planşeti aydın görüntü və zəngin rənglər təmin edən 11 düymlük 1920 x 1200 piksel FHD+ ekrana malikdir. Ekran 16.7 milyona qədər rəngi dəstəkləyir və bu da onu film izləmək, qrafika ilə işləmək, oxumaq üçün ideal edir. Bundan əlavə, cihaz zərərli mavi işığın minimuma endirilməsini və xüsusilə uzun müddət istifadə edildikdə göz yorğunluğunun azaldılmasını təmin edən TÜV Rheinland sertifikasiyasından keçmişdir.

MatePad SE 11" korpusu cihaza premium görünüş və möhkəmlik verən keyfiyyətli materiallardan hazırlanmışdır. Planşetin çəkisi cəmi 475 qramdır ki, bu da onu istənilən yerdə — istər ofis, istər təhsil müəssisəsi, istərsə də ev şəraitində istifadə üçün rahat edir.

Məhsuldarlılıq və proqram təminatı

HUAWEI MatePad SE 11" müxtəlif tapşırıq və tələbkar tətbiqləri asanlıqla idarə etməyə imkan verən əla məhsuldarlıq göstərir. 8 GB və ya 4 GB RAM (modeldən asılı olaraq) ilə birlikdə cihaz donmadan və gecikmədən səlis iş göstərir.

Proqram təminatı baxımından planşet istifadəçiyə intuitiv anlaşılan interfeys və geniş fərdiləşdirmə variantları təklif edən HarmonyOS 2.0 əməliyyat sistemi ilə təqdim olunur. HarmonyOS 2.0, eyni zamanda birdən çox tətbiqə işləməyə və digər HUAWEI cihazları ilə birləşməyə imkan verən çoxpəncərəli rejimi dəstəkləyərək istifadə üçün vahid bir sistem yaradır.

Funksionallıq və aksesuarlar

MatePad SE 11" in əsas xüsusiyyətlərindən biri M-Pen lite stilus dəstəyidir. Bu aksessuar istifadəçilərə yaradıcılıq və iş üçün yeni imkanlar açır, sənədləri birbaşa planşet ekranında qeyd etmək, çəkmək və redaktə etmək imkanı verir. M-Pen lite dizayn və ya təhsil ilə məşğul olanlar üçün xüsusilə vacib olan yüksək dəqiqlik və həssaslığı ilə fərqlənir (əlavə olaraq əldə edilməlidir).

Planşet həmçinin iki kamera ilə təchiz olunub: 5 MP ön kamera və 8 MP əsas kamera. Bu, video konfranslar keçirtmək, sənəd çəkilişi və ya sosial mediada məzmun yaratmaq üçün kifayətdir.

Şəbəkədənkənar işləmə rejimi  və qoşulma imkanları

HUAWEI MatePad SE 11" 7700 mAs batareya ilə təchiz olunmuşdur ki, bu da cihazı bütün gün şarj etmədən istifadə etməyə imkan verir. MatePad SE 11" 1080p formatlı HD videoları 10 saat ərzində nümayiş etdirmək imkanına malikdir. USB Type-C bağlantısı  22.5 Vt gücündə sürətli və rahat şarjı təmin edir. Planşeti 0% - dən 100%- ə qədər şarj etmək üçün cəmi 140 dəqiqə lazımdır.

İnternet bağlantısı yüksək sürətlə məlumatların ötürülməsini və sabit əlaqəni dəstəkləyən Wi-Fi 802.11a/b/g/n/ac modulu vasitəsilə təmin edilir. Əlavə olaraq planşet simsiz aksessuarları və məlumat ötürülməsini təmin etmək üçün Bluetooth 5.0-ı dəstəkləyir.

Xülasə

HUAWEI MatePad SE 11" həm iş, həm də əyləncə üçün uyğun olan universal bir cihazdır. Stilus dəstəyi ilə özündə güclü məhsuldarlılıq, keyfiyyətli ekran və geniş yaradıcılıq imkanlarını birləşdirir. Kompakt ölçülər (252,3 mm x 163,8 mm x 6,9 mm) və uzunmüddətli şəbəkədənkənar işləmə rejimi (21 gündən çox gözləmə müddəti rejimində işləməni təmin edə bilən 7700 mAs batareya) onu gündəlik həyatda ideal bir yoldaş edir. Planşeti iş, təhsil və ya istirahət üçün istifadə etməyinizdən asılı olmayaraq, HUAWEI MatePad SE 11" etibarlı köməkçiniz olacaq.