“Huawei” qabaqcıl texnologiya və xüsusi tərzdə dizaynı özündə birləşdirən yeni cihazlarla istifadəçiləri sevindirməkdə davam edir.
Ən son model olan “HUAWEI nova 12i” smartfonu keyfiyyət, xüsusi olaraq performans və estetikaya önəm verən gənc və fəal insanlar üçün hazırlanıb.
Dizayn və ekran
“HUAWEI nova 12i” zərif görünüşü ilə diqqət çəkir. Kosmik effektli yaşıl və qara rənglərdə təqdim olunan smartfonun ulduz işığına bənzər parlaq korpusu cihaza unikal və müasir görünüş bəxş edir. Bu isə daim yeni trendləri izləyən müasir istifadəçilərin zövqünü oxşayır.
Smartfon Full HD+ təsvir ölçüsünə və 90 Hz təzələnmə tezliyinə malik 6,7 düymlük böyük ekranla (1080x2388 piksel) təchiz edilib. Bunun sayəsində, videolara baxarkən, oyun oynayarkən və proqramlarla işləyərkən aydın və rahat baxılan görüntü təmin edilir.
Ekranın incə çərçivələri və ön kamera üçün nəzərdə tutulan kəsik fikri yayındırmır və istifadəçilərə qarşılıqlı əlaqə üçün daha çox sahə ayırmış olur.
Kamera və çəkiliş
“HUAWEI” nova 12i-ni fərqləndirən əsas xüsusiyyətlərindən biri onun kamerasıdır. 108 meqapiksellik əsas kamera modulu istənilən şəraitdə detallı və dəqiq şəkillər çəkməyə imkan verir. Əlavə sensor isə geniş bucaqlı rejimdə yüksək keyfiyyətli fotoşəkillərın çəkilməsini təmin edir.

Süni intellekt alqoritmləri rəngləri, kontrastı və dəqiqliyi avtomatik tənzimləməklə kadrların keyfiyyətini daha da artırır.
8 meqapiksellik ön kamera da keyfiyyət baxımından geri qalmır. Portret rejimi funksiyası ilə təchiz edilən bu kamera səyəsində selfi çəkilişi peşəkar səviyyədə alınır.
Performans və müstəqil iş rejimi
“HUAWEI nova 12i” nin güclü prosessoru onun daha sürətli və daha məhsuldar işləməsini təmin edir. Smartfon 128 GB və 256 GB daxili yaddaşa malik konfiqurasiyalarda mövcuddur ki, bu da cihazın yaddaşının tez-tez təmizlənməsinə ehtiyac olmadan çoxlu sayda foto, video və proqramları saxlamağa imkan verir.
Modelin başqa bir üstünlüyü 40 Vt sürətli şarjı dəstəkləyən 5000 mAs batareyadır.
Smartfonun 62%-ə qədər şarj olunması cəmi 30 dəqiqə, tam şarjı isə təxminən bir saat çəkir. Bu, xüsusilə fəal həyat tərzi keçirən və gözləməyə vaxtı olmayanlar üçün çox əlverişlidir.

İstifadəçi interfeysi və əlavə funksiyalar
“HUAWEI nova 12i” bir çox faydalı funksiya və parametrləri təqdim edən istifadəçi interfeysi EMUI 14 –lə işləyir.
Bu faydalı xüsususiyyətlər arasında çoxfunksiyalılığın yeni imkanları, bölünmüş ekran rejimi və rahat idarəetmə jestlərinin adını çəkmək olar ki, bunlar smartfondan istifadəni daha rahat və xoşagəlimli edir.
Əlavə olaraq, barmaq izi skaneri və üz tanıma funksiyalarının mövcudluğu cihazdan istifadə zamanı yüksək səviyyədə təhlükəsizlik və rahatlığı təmin edir.

Beləliklə, “HUAWEI nova 12i” müasir istifadəçi üçün bütün zəruri funksiyaları özündə birləşdirən balanslaşdırılmış və dəbli smartfondur.
Smarfonun yüksək keyfiyyətli kamerası, güclü prosessoru, böyük, parlaq ekranı və uzun müddətli müstəqil iş rejiminin olması, onu innovasiya və estetikaya dəyər verən hər kəs üçün çox cəlbedici edir.
Bundan əlavə, qiymətin münasib olması onun həm də sərfəli və doğru seçim olduğunu bir daha göstərmiş olur.


Son xəbərlər
Son Xəbərlər