Hücuma məruz qalam muzey yenidən açılır

hucuma-meruz-qalam-muzey-yeniden-acilir
Oxunma sayı: 711


"Qafqazinfo" AzadlıqRadiosuna istinadən xəbər verir ki, muzey rəsmilərinin sözlərinə görə, muzeyin işə düşməsi silahlıların “məqsədlərinə çatmamaqlarına dair bir mesajdır”.

Muzeydə mərasim və yürüş gözlənir.

Hökumət hücumun turizm sənayesinə təsirindən narahatdır. Martın 18-də baş vermiş hücuma görə İslam Dövləti (İD) ekstremist qrupu məsuliyyəti üzərinə götürüb.

Baş nazir Habib Essid Tunis və muzey ərazisinə baxan polis rəsmilərini dəyişib. Səbəb təhlükəsizlik sahəsində üzə çıxan “bir neçə nöqsanlar” olub.

Tunisdə 2011-ci ildə Zine El Abidine Ben Ali devrilib. Bundan sonra ölkədə polis və orduya dəfələrlə hücumlar təşkil olunub.