Hücuma məruz qalan fənərli futbolçudan qərar- - Türkiyəni tərk edir...

hucuma-meruz-qalan-fenerli-futbolcudan-qerar-
Oxunma sayı: 1377


Silahlı hücumu xəbərini eşidən beşiktaşlı futbolçu Demba Ba da yaxın dostu olan Souya zəng edib. “Fənərbaxça”nın hücumçusu həmvətəninə hadisə barədə danışıb: “Ölümdən döndük. Ailəm çox narahat oldu və onlar bu ölkəni tərk etdi. Artıq mən də burda qala bilmərəm. Karyerama belə davam etmək istəmirəm”.

Qeyd edək ki, Türkiyə Superliqasının son turunda “Çaykur Rizəspor”u 5:1 hesabı ilə məğlub edən “Fənərbaxça” futbolçuları Trabzon şəhərində hava limanına gedərkən komandanın avtobusu silahlı hücuma məruz qalıb. Nəticədə avtobusun sürücü yaralanıb.