“Şeron” qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədovun prodüseri Nurlan Dadaşov müğənniyə qarşı soyğunçuluq törədilməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, prodüser bildirib ki, yayılan xəbərlər şayiədir:
“Həmin gün və yaxud da o hadisədən iki-üç gün öncə toyumuz olmayıb. Ondan bir gün əvvəl 5/5 verilişində qonaq olmuşuq. Dediyim kimi elə bir hadisə baş verməyib. Ramal ilə əlaqə saxlamağa çalışırıq ki, belə bir hadisə baş verib, yoxsa yox. Biz öz adımızdan deyir ki, belə bir hadisə olmayıb. Bunun yayılmasının səbəbini başa düşə bilmirəm. Hazırda onu araşdırırıq”.
Xatırladaq ki, Report-un daha öncə yaydığı məlumata görə, İntizar Məmmədovun qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.
Bənzər hadisənin ifaçı Ramal İsrafilovun da başına gəldiyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər