“Hücumları daha da sərtləşdirəcəyik”- - Netanyahu

hucumlari-daha-da-sertlesdireceyik-
Oxunma sayı: 974


“Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Moşe Yalon, Silahlı Qüvvələr Baş İdarəsinin rəhbəri Benni Gantz və Hava Qüvvətləri komandanı Amir Eşel ilə birlikdə Milli Təhlükəsizlik toplantısında Qəzzaya hücumla bağlı önəmli açıqlamalar verib.

B. Netanyahu bildirib ki, Fələstinin Qəzza bölgəsinə üç gündür hücum edilir: “Müddət davam edərkən qarşıda hələ bəzi məsələlər bizi gözləyir. Həmasa və terrorçulara çox sərt hücum etdik. Kampaniya davam etdiyi müddətcə hücumları daha da sərtləşdirəcəyik. Həmas ağır zərbə alana qədər hücumları davam etdirəcəyik. Bu uğurlu əməliyyat üçün Silahlı Qüvvətlərə və təhlükəsizlik orqanlarına israillər adından təşəkkürü bildirirəm. Vətəndaşları və məsum insanları vurmaqdan qaçsalar da, Həmas Fələstinli vətəndaşların arxasında gizlənir”.

Eyni zamanda  Netanyahu bütün israilləri bir olmağa çağırıb.

Fələstin prezidenti Mahmud Abbas da  Qüdsdəki bir sıra qurumların təmsilçiləri ilə görüşü zamanı verdiyi açıqlamada bildirib ki, İsraillər bu davranışları ilə fələstinliləri öz yurdundan çıxarmaq istiyir: “Ancaq biz onlara deyirik ki, getməyəcəyik. Silahımız yoxdur, ancaq başqalarını narahat edəcək mədəni bir tərzdə söz savaşı edib buna qarşı çıxacağıq”.