Hulusi Akar generallarla Suriya ilə sərhəddə - Video

hulusi-akar-generallarla-suriya-ile-serhedde
Oxunma sayı: 2826

Ötən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 33 əsgərinin şəhid olması ilə nəticələnən hücumdan sonra bu gün Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gedib.

“Qafqazinfo”nun “Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, Akar Külliyədəki təhlükəsizlik zirvəsindən sonra Quru Qoşunlarının komandiri, general Ümit Dündar və Hərbi Hava Qüvvələrinin komandir, general Hasan Küçükakyüz ilə Hataydakı Hərəkat Mərkəzinə yollanıb. 

Bildirilir ki, hazırda Müdafiə naziri generallarla İdlibdəki rejim hədəfləri üçün quru və hava dəstəyi vasitələri tərəfindən edilən əməliyyatı istiqamətləndirir və idarə edir.