Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib

Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib
Oxunma sayı: 3770

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin onlayn formatda keçirilən toplantısında iştirak edib. “Qafqazinfo” bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

H.Akarın sözlərinə görə, iclasda Azərbaycanla Ermənistan arasında baş verən hadisələrin müzakirəsi də olub.

“Biz sülh və sabitliyin təmin edilməsi üçün nə etmək lazım olması barədə öz fikirlərimizi səsləndirməyə imkan tapdıq. Bizim tutduğumuz əsas mövqe – Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün əsas şərt Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasıdır. Danışıqlar zamanı biz buna toxunurduq”, - nazir qeyd edib.

O, həmçinin əlavə edib ki, iclas zamanı dəfələrlə təkrar edib ki, onun ölkəsi Azərbaycan türklərinin mövqeyini birmənalı şəkildə dəstəkləyir.