Hulusi Akar Naxçıvanla sərhəddə yoxlama keçirdi - Fotolar

hulusi-akar-naxcivanla-serhedde-yoxlama-kecirdi
Oxunma sayı: 1684

Türkiyənin Müdafiə naziri Hulusi Akar bu ölkənin İran, Naxçıvan və Ermənistanla sərhədinin təhlükəsizliyinə cavabdeh olan 5-ci sərhəd alayında baxış və yoxlama keçirib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, sərhədlərin təhlükəsizliyini tam təmin etmək üçün bu günə qədər əllərindən gələn hər şeyi tam şəkildə ediblər.

“Bundan sonra da eyni qətiyyət və qərarlılıqla “sərhəd namusdur” anlayışı daxilində bunu etməyə davam edəcəyik”, - deyə Akar vurğulayıb.

Nazir daha sonra Baş qərargah rəisi general Yaşar Gülər, Quru Qüvvələri komandiri general Ümit Dündar, Dəniz Qüvvələri komandiri Adnan Özbal və Hava Qüvvələrinin komandiri general Həsən Küçükakyüzün müşayiəti ilə Iğdır şəhərinə yollanaraq orada da yoxlama aparıb.