Türkiyənin Müdafiə naziri Hülusi Akar Suriya sərhədinə gedib.
“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, onu Baş qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandiri Ümit Dündar və Hərbi Hava Qüvvələri komandiri Hasan Küçükakyüz müşayiət edib.
Rəsmi şəxslər helikopterlə təmas xəttinə yollanaraq orada hərbi hissələrə baş çəkiblər.
Qeyd edək ki, Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin həyata keçirdiyi intensiv artilleriya atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, daha 9 əsgər xəsarət alıb.
Hadisədən sonra açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Əsəd rejiminə 46 zərbə endirilib, nəticədə qarşı tərəfin 35 hərbçisi məhv edilib.
Son xəbərlər
Son Xəbərlər