Hulusi Akar Suriya ilə sərhədə getdi - Fotolar

hulusi-akar-suriya-ile-serhede-getdi
Oxunma sayı: 1012

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gedib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüzlə birlikdə Hatayda hərbi hissələrdə yoxlamalar və təftişdə iştirak edib. 

Nazir Akar və komandirlər sərhəd xəttində və ondan kənarda yerləşən birlik komandirləri ilə videokonfrans keçiriblər.