Hulusi Akar “taxıl dəhlizi” haqda danışdı

Hulusi Akar “taxıl dəhlizi” haqda danışdı
Oxunma sayı: 1015

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın diplomatik işləri və ərzaq böhranının həlli ilə bağlı göstərişləri çərçivəsində apardığı danışıqların müsbət inkişaf etdiyini bildirib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Türkiyə və Somali Prezidentlərinin birgə mətbuat konfransından sonra jurnalistlərin “taxıl dəhlizi” ilə bağlı sualını cavablandıran zaman danışıb.

Dəniz naviqasiyasında texniki problemlər və təhlükəsizlik ölçüsü olduğunu qeyd edən Akar, Ukrayna, Rusiya və BMT ilə koordinasiyalı şəkildə işləməyə davam etdiklərini bildirib. 

Nazir, “Müvafiq nazirlik və qurumlarla işimizi davam etdiririk. Biz əlimizdən gələni edirik ki, yaxın vaxtlarda müsbət nəticələr əldə edək” qeyd edib.