Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə ölkəyə səfər edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar Kayseriyə gələn ukraynalı nazirə maraqlı jest edib.
Belə ki, nazir Türkiyənin Milli Müdafiə Nazirliyinə verilən ölkənin ilk yerli elektrik avtomobili “TOGG”u ukraynalı nazirin səfəri üçün ayırıb.
Akar Kubrakovu görüşün keçiriləcəyi hotelin qarşısında qarşılayaraq onun nazirliyə verilən sözügedən bu “TOGG”a minən ilk şəxs olduğunu bildirib: “Biz hələ bu avtomobilə əyləşməmişik, necədir, bəyəndiniz?”
Kubrakov isə, öz növbəsində “TOGG”u bəyəndiyini dilə gətirib.
Həmçinin oxuyun: “AccessBank ставит цель на 2023 год довести показатель ROE до 20%” - Давит Циклаури



Son xəbərlər
Son Xəbərlər