Hulusi Akarın britaniyalı həmkarı ilə telefon danışığı oldu

Hulusi Akarın britaniyalı həmkarı ilə telefon danışığı oldu
Oxunma sayı: 665

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uollas arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, danışıq zamanı nazirlər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, eləcə də müdafiə sənayesində əməkdaşlıq məsələsinə dair fikir mübadiləsi aparıblar.