Hülya Avşarın əvəzinə səs veriblər...

hulya-avsarin-evezine-ses-veribler
Oxunma sayı: 1320


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçilər səs verərkən çəkilən fotolarını sosial şəbəkədə paylaşıblar. Seçkidə Sezen Aksu,  Fatma Girik, Hülya Avşar, Kənan Doğulu, Beren Saat, Demet Akalin,  Cem Yılmaz, Esra Erol və bir çox tanınmışlar iştirak edib. 

Səs vermək üçün 1021 nömrəli sandığa yaxınlaşan Hülya Avşar onun əvəzinə səs verildiyinin şahidi olub. Seçki büllitenində onun əvəzinə imza atıldığını görən aktrisa təəccübünü gizlədə bilməyib və özünün atdığı imzanın etibarlı olub-olmamasını soruşub. Nəzarətçi isə heç bir problem olmayacağını bildirib. 

Məşhur sənətçi Sezen Aksu  Beykozda  səhər saatlarında səs verib.  Mətbuat mənsublarının suallarını cavabsız qoyan Aksunun səhhətində yaranan problemə görə çətinliklə yeridiyi diqqətdən qaçmayıb. 

Müğənni Demet Akalin seçki haqda “Xeyirli olsun” deməklə kifayətlənib. 

Müğənni Kənan Doğulu isə “30 nəfərlik konsert qrupumuz səs versin deyə Kopenhagenə olan biletimizi seçkidən sonraya aldıq. Səs verdikdən sonra konsertdə iştirak edəcəyik. Heç kim narahat olmasın”- deyə bildirib.

Könül