Hülya Avşarın “zamok”unun söküldüyü proqramla bağlı daha bir - - Qalmaqal

hulya-avsarin-zamokunun-sokulduyu-proqramla-bagli-daha-bir-
Oxunma sayı: 4216


 “Qafqazinfo”Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni “Star TV”də yayımlanan “3 adam” proqramında özünün dizayn etdiyi köynəyi reklam etdiyi üçün RTÜK tərəfindən cəzalandırılıb. Belə ki, proqrama zəng edən tamaşaçı Avşarın köynəyini bəyəndiyini söylədikdən sonra müğənni köynəyi özünün dizayn etdiyini bildirərək geyimlərin satıldığı saytın adını açıqlayıb. 

 Radio-Televiziya Şurası hesabatında Avşarın hazırladığı məhsulları gizli reklam etdiyini vurğulayaraq “Star TV”yə 571 min 35 lirə pul cəzası verib. 

Qeyd edək ki, həmin proqramda Avşarın ətəyinin “zamok”u qırılmışdı.