Türkiyəli müğənni-aktrisa Hülya Avşarın bağ evinə oğru girib. “Qafqazinfo” xəbər verir ki, Avşar hadisə zamanı yataq otağında olduğunu bildirib.
Müğənni “Milliyet” qəzetinə müsahibəsində oğrunun evdən 1500 TL pul apardığını söyləyib:
“Səhər saat 06:00 idi. Gün yavaş-yavaş çıxırdı. Gözümü açdım ki, yataq otağımda bir nəfər var. Əlcək taxmışdı, üzünü gizlətmişdi. Anidən dedim ki, sən kimsən? O da mənə cavab verdi ki, mənəm mən! Üstünə hücum etdim. Əlindəki çantaları eyvandan atıb qaçdı. Bağçadan da çantaları götürüb getdi. Daha sonra polisə xəbər verdik”.
Son xəbərlər
Son Xəbərlər