“Qafqazinfo”nun məlumatına görə, tarzən klassik estrada janrının nümunələrindən olan “Ala gözlüm”ü tarda böyük musiqiçi heyətin müşayiəti ilə səsləndirib.
“Hamı kimi mən də “Ala gözlüm”ü sevilən sənətkarımız Akif İslamzadənin repertuarında dinləyib, sevmişəm. Repertuar təzələyən ərəfədə düşündüm ki, illərdir dinlədiyim bu kompazisiyanı niyə bu səpkidə hazırlamayım. Tar elə bir alətdir ki, hər musiqini özününküləşdirə bilmir. Alətin özəlliyi həm də ondadır ki, hər bayağı musiqini özünə yaxın buraxmır. Amma mən xarici, milli estrada və müxtəlif janrlarda ifa imkanımı nümayiş etdirməyə çalışıram. Artıq ANS-in bu səpkili layihəsində də yer almışam. “Ala gözlümü” hazırlayarkən onu mükəmməlləşdirmək üçün çalışdım. Eyni zamanda kiçik musiqili əsərə digər alətlərin ifasını daxil etdim. Sənətçi dostlarım kompazisiyanı ilk dinləmədən bəyəndilər. Bundan sonra əsas fikir dinləyicilərindir”-, deyə ifaçı bildirib.
Son xəbərlər
Son Xəbərlər