Humay da “Bizimkilər”ə qoşuldu

humay-da-bizimkilere-qosuldu
Oxunma sayı: 1328


“Qafqazinfo”nun məlumatına görə, “ANS”in layihəsi olan  “Bizimkilər”ə tarzəni layihənin ideya müəllifi Seyfulla Mustafayev dəvət edib.

“Layihə Ramiz Quliyev, Şəfiqə Eyvazova, Alim Qasımov və Fərqanə Qasımova, Ənvər Sadıqov, Rəşad İlyasov, Ənvər Sadıqov, Nazpəri Dostəliyeva, Almaz Orucova, Murad Dadaşov, Eldar Qasımov, Çingiz Mustafayev, İzzət Bağırov kimi sənət adamları ilə təmsil olunacaq.. Bu cür kollektivlə belə bir layihədə çalışmaq, əlbəttə ki qürurvericidir. Çəkilişlər başa çatıb. Burada əsas məqam dünyaca məhşur hitlərin milli alətlərimizdə səslənməsidir. Tarda əcnəbi musiqilərin səslənməsi bir başqadır. Milli alətimiz bu səpkidə də imkanlarını bir daha göstərə bildi. Tezliklə tamaşaçılar bunu ekran başından izləyəcəklər”-, deyə Humay Qədimova bildirib.