Hümeyra oğlunu itirdi

humeyra-oglunu-itirdi
Oxunma sayı: 3959

Türkiyənin məşhur aktrisası Hümeyraya ağır itki üz verib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, aktrisanın oğlu Sadık Bigat 47 yaşında vəfat edib.

Məlumata görə, oğlundan xəbər ala bilməyən Hümeyra onun Nişantaşındakı evinə gedib və mənzildə cansız bədənini aşkarlayıb.

Bigatın ürəktutması nəticəsində dünyasını dəyişdiyi müəyyənləşib. Bildirilir ki, hadisə vaxtı mərhumun xanımı İstanbuldan kənarda olub.