Ermənistanın paytaxtı İrəvanın əsas meydanında, ölkənin hökumət binasının qarşısında atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə asayiş keşikçilərinin hökumət binasının qarşısında səkiyə çıxan “Hummer”i necə təqib etdiyi görünür.
İrəvan polisinin məlumatına görə, “Hummer” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub, polisin qanuni tələblərinə tabe olmayıb, avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib.
Məlumata görə, sürücünün şəxsiyyəti müəyyən edilib, müvafiq tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər