"İslahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb".
"Qafqazinfo" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bu gün hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, minumum məmur sahibkar ünsiyyəti və vətəndaş məmnuniyyətinin artırılmasıdır: "Yeni qeydiyyat sisteminə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1 faiz, fiziki şəxslərin sayı isə 28,5faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı isə 11,3 faiz artıb. Cari ilin mart ayında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8 faiz təşkil edib. Hazırda hüquqi şəxsin dövlət qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron ərizə ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb. Eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub".
***
Ə.Məmmədov həmçinin qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ƏDV ödəyicilərinin sayı 4,8 dəfə artıb: Təsərrüfat sahiblərinin, obyektlərinin sayı isə 2 dəfəyə yaxın artıb".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər