Hüquqi və fiziki şəxslərin sayı açıqlandı

huquqi-ve-fiziki-sexslerin-sayi-aciqlandi-
Oxunma sayı: 1145


“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ümumi qeydiyyata alınmışlardan 568-i tam xarici investisiyalı, 138-i isə birgə müəssisələrdir. 

Yeni müəssisələrin 54,5 faizi Bakıda, 12,6 faizi Aran, 6,5 faizi Abşeron, 7,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. 

Vergilər Nazirliyinin məlumatına əsasən, keçən il ərzində 65080 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.