“Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbirlər keçirilib

huquqlarimizi-bilek-ve-qoruyaq-adli-tedbirler-kecirilib
Oxunma sayı: 1696

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm müsabiqələri təşkil edilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Slavyan Universiteti nəzdində Məktəb- Lisey Kompleksində “Uşaqlar dünyanın çiçəkləridir” adlı tədbir, 54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirilib. Tədbirlərdə icra başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək ölkəmizdə uşaq hüquqları, onların hüquqlarının müdafiəsi və qorunması barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. G. Verdiyeva bildirib ki, müasir dövrümüzdə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnib. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.

Məktəblərdə keçirilən tədbirlərdə şagirdlər Uşaq hüquqları ilə bağlı hazırladıqları referatları və kompozisiyaları qonaqlara təqdim ediblər.